Şabrançay daşdı kəndlər su altında qalıb

16.04.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şabran rayonunun bir neçə kəndi sel suları altında qalıb.


Modern.az-ın məlumatına görə, buna səbəb kəndlərin ərazisindən keçən Şabrançayın daşması olub.

Sel nəticəsində rayonun Bor-bor və Padar kəndlərini su basıb.

 
Hazırda həmin kəndlərdə əhalinin xilas edilməsi istiqamətində işlər görülür.

Əraziyə texnikalar cəlb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью