Şabranda 8 otaqlı ev yanıb

29.01.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Şabranda ev yanıb.

APA FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Sincanboyad kəndində qeydə alınıb. Ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью