Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Şabranda avtomobil divara çırpılıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü Ramazan Kamran oğlu Süleymanov idarə etdiyi "Daewoo Gentra" markalı, 01-CH-178 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran şəhəri Heydər Əliyev prospektində yaşayış evinin darvazasına çırpılıb.
Hadisə nəticəsində sürücü Ramazan Süleymanov ölüb, avtomobildə olan iki sərnişin - 2005-ci il təvəllüdlü Kamal Orucəli oğlu Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Dadaş oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.