Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Şabran şəhərindəki Məmmədağa Nəzirov adına 4 saylı məktəbin bağlanma xəbəri valideynlərin narazılığına səbəb olub.Bizim.Media-ya bu barədə məlumat verən valideynlərin sözlərinə görə 9, 10 və 11-ci siniflərdən başqa digər siniflər ləğv olunur.
İddialara görə məktəb liseyə çevrildiyi üçün belə bir addım atılır.Etiraz edən valideynlərdən biri qeyd edib ki, iki övladı 5 və 8-ci sinifdə oxuyur:“Dünən eşitdik ki, məktəbi bağlayırlar, liseyə çevirirlər.
Biz valleynlər narazıyıq, bağlanmasına etiraz edirik. Yalnız 9, 10 və 11-ci sinifləri saxlayırlar.
İndi qışın bu günündə uşaqlarımızı hara aparaq?”Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Bixim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran şəhəri, Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Adıçəkilən təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır.
9-cu sinfə qədər birinci korpusda, 10-11-ci siniflər isə ikinci korpusda təhsil alacaqlar.Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.