Şabranda nə baş verir? Qonşular ŞİKAYƏTÇİDİR...

27.06.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Şabran şəhərinin Şahin Vahabzadə küçəsində yaşayan Asif Əliyev evinin yaxınlığında aparılan qazıntı işlərindən şikayətçidir.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, görülən işlər yaşayış evinə təhlükə yaradıb, həyətyanı sahəsinin bir hissəsi zəbt olunub və meyvə ağaclarına ziyan vurulub.

Vətəndaş bununla bağlı Baku TV-nin qaynar xəttinə müraciət edərək adiyyəti qurumlardan kömək istəyib.

"Ərazidə qazıntı aparıldıqdan sonra evimdə çatlar əmələ gəlib. 30 ildir bu ağaclara qulluq edirəm, məhsul yığıb ailəmi dolandırıram. Ağacları kəsmək istəyirdilər, qoymadım. Sonra ağacların dibini qazdılar ki, quruyub aşsın", - deyə sakin bildirib.

Qarşı tərəf isə səsləndirilən iddiaları qəbul etmir. Sahibkar Orxan Məmmədovun sözlərinə görə, ərazidə görülən işlər tam qanunidir və bütün sənədlər qaydasındadır.

"Vətəndaşın iddialarının heç bir hüquqi əsası yoxdur. Mənə məxsus obyekt sel nəticəsində zərər görüb və hazırda bərpa işləri aparılır. Ağacların kəsilməsi ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir", - deyə o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью