Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar FOTO

02.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən 3 nəfər saxlanılıb.

Avtosfer.az xəbər verir ki, həmin şəxslərdən 4 ədəd ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью