Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hadisə nəticəsində avtomobilin sürücüsü ağır yaralanıb
Şabranda qatarın evakuatorla toqquşması nəticəsində sürücü yaralanıb. Sürücünün vəziyyəti ağır olduğundan Bakıya aparılıb. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Şabran rayonunun Uzunboyad kəndində Sarvan dəmiryol stansiyası ərazisində baş verib.
Qatar dəmiryol keçidində üzərində yük maşınını daşıyan evakuatorla toqquşub. Avtomobilin sürücüsü Kəlbəcər rayon sakini, 1978-ci təvəllüdlü Əzizov Zülfüqar Qafar oğlu ağır yaralanıb. Yaralı əvvəlcə Şabran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra müalicəsinin davam etdirilməsi üçün paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.