Şabranda qəfil yola çıxan piyadanı maşın vurub öldürdü FOTO

04.12.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində piyada vurulmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 3-də axşam saatlarında qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 99-RV-144 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yolu təyin olunmamış yerdən keçən Şabran rayon sakini 1967-ci il təvəllüdlü Fikrət Kamilovu vurub. Zərbənin təsirindən müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin o, dekabrın 4-ü səhər saatlarında ölüb.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью