Şabranda qəza baş verdi: Yaralılar var

17.11.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Noyabrın 16-sı gecə saatlarında Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, hadisə Gəndob-Yalama avtomobil yolunun Gəndob kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağır tonnajlı yük maşını “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan Gəndob kənd sakinləri Famil və İlqar adlı şəxslər xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью