Şabranda seldə batan daha bir nəfərin meyiti aşkarlanıb

17.04.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şabran, 17 aprel, Elxan Yusifli, AZƏRTAC

Şabranda seldə batan daha bir şəxsin meyiti aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin meyiti rayonun Dağbilici kəndi yaxınlığında, çay kənarında tapılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, aprelin 16-da Şabrançayın Şabran rayonu, Xəlifələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью