Şabranda ŞOK: 25 yaşlı oğlanın evindən topxana çıxdı

30.01.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdiyi tədbirlərlə 25 yaşlı rayon sakini  Qubad  İslamov saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun yaşadığı evə baxış zamanı 1 ədəd pnevmatik tapança, 1 ədəd qumbara, 130 ədəd patron, 9 ədəd bıçaq, patron doldurucu, 2 ədəd plastik qabda qırma, gözyaşardıcı qumbaraya aid 48 ədəd sarı kütlə, 3 ədəd portativ qızdırıcı şam aşkarlanaraq götürülüb.

Polis əməkdaşları xidmətlə olarkən yol kənarından 1 ədəd avtomat silah, 1 ədəd patron darağı və 20 ədəd patron da aşkar ediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью