Şabranda yanğın törədənşəxs cərimələnib

29.08.2025

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.



Şabranda əkin sahəsini yandıran şəxs məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan Reyting.az-a bildirilib ki, avqustun 28-i saat 12 radələrində Şabran şəhəri ərazisində Taxta Körpü su anbarının yaxınlığında 2 hektar əkin sahəsi və kol-kos yanıb.
Polis əməkdaşları tərəfindən həmin ərazinin yandırılmasına görə rayon sakini Şakir Kamilov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülməklə, 400 manat məbləğində cərimələnib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью