Şabranda yük maşını dirəyə çırpıldı: Ölən və yaralılar var

02.06.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Şabranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Zeyvə kəndində baş verib. 1980-cı il təvəllüdlü Özbəy Əmirhəmzəyev idarə etdiyi QAZ-53 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində sürücü yerində ölüb, avtomaşında olan sərnişinlər - 2011-ci il təvəllüdlü Tərlan Balaqədəşov, 1975-ci il təvəllüdlü Gülmalı Balaqədəşov və 1990-cı il təvəllüdlü Həmid Şıxəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью