Şabrandakı qəzada ölənlərin kimliyi bilindi Video + Yenilənib

18.05.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şabranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “AzSamand” markalı minik avtomobili və “Renault” markalı yük avtomobili toqquşub, 2 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Şabranda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, qəzada həlak olan Sabirabadın Ulacalı kənd sakini 2002-ci il təvəllüdlü  Zeynalzadə Akif Səbahət oğlu və onun həyat yoldaşı Zeynalzadə Dinara olub.

A.Zeynalzadə Vətən müharibəsi qazisi idi. Onların bir övladları olub.

Ziya Əmirxanlı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью