Şabranın Kilvar kəndində IV VI əsrlərə aid tarixi alban kilsəsi

27.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Şabran rayonunun Kilvar kəndində yerləşən qədim Alban kilsəsinin IV-VI əsrlərdə tikildiyi ehtimal edilir.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu kilsə Qafqaz Albaniyasının xristian irsinin mühüm nümunələrindən biri kimi qəbul olunur.

Memarlıq üslubu və tikinti texnikası dövrün xüsusiyyətlərini əks etdirən Kilvar Alban kilsəsi həm tarixi, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır. Ekspertlər bildirir ki, belə abidələrin qorunması və bərpası milli mədəni irsimizin yaşadılması üçün vacibdir.

Şabran rayonu və müvafiq qurumlar tarixi kilsənin vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsini planlaşdırırlar.

Daha çox foto burada: PhotoStock.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью