Şabranlı məktəbli Azərbaycanın boks tarixində ilkə imza atıb

28.10.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropa çempionatında Şabran şəhər Roman Yusifov adına 2 saylı məktəb-liseyin lX sinif şagirdi Xumar Cəfərli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 hesabı ilə məğlub etməklə Budvada Azərbaycan Himnini səsləndirib.

Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançı U-15 Avropa çempionatının qalibi adına yiyələnib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью