Sabunçda böyük ticarət mərkəzi tikilir? VİDEO

20.11.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bakının Sabunçu qəsəbəsində, İlyas Aslanov küçəsi 101 ünvanında icazəsiz aparılan tikinti işləri dayandırılıb.

Modern.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, hasarlanmış ərazidə bir aya yaxındır tikinti işləri aparılır. Ərazidə məlumat lövhəsi olmadığı üçün sakinlər orada nə tikildiyini bilmirlər. Sosial şəbəkələrdə həmin ünvanda iri ticarət mərkəzinin inşa ediləcəyi barədə məlumat yayılsa da, tikilinin təyinatı açıqlanmayıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, torpaq sahəsi xüsusi mülkiyyətdədir. Əraziyə dair çıxarışın olduğu deyilsə də, sənəd jurnalistlərə təqdim edilməyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi isə monitorinq zamanı ərazidə tikinti işlərinin müvafiq icazə sənədləri olmadan aparıldığını müəyyən edib. İşlər dayandırılıb və mülkiyyətçiyə tikinti üçün icazə almalı olduğu bildirilib.

Baş İdarənin məlumatına görə, həmin ərazidə əvvəlki monitorinq zamanı da tikinti işləri aşkarlanıb və icazəsiz tikinti ilə bağlı xəbərdarlıq edilib. Əraziyə nəzarətin təmin olunması üçün aidiyyəti dövlət qurumlarına müraciət göndərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью