Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Paytaxtın Sabunçu rayonunda, Sabunçu keçidi adlanan ərazidə yolun su ilə örtülməsi qəza ilə nəticələnib.
Avtosfer.az xəbər verir, sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, yolda yaranan su gölməçəsi asfalt örtüyünü sürüşkən edib. Nəticədə ərazidən keçən bir neçə avtomobilin sürücüsü idarəetməni itirib və zəncirvari qəza baş verib.
Ərazidə hərəkət edən sürücülər bildirirlər ki, bu problem dəfələrlə təkrarlanıb və yolun su ilə örtülməsi digər qəzalara da səbəb olub.