Sabunçu körpüsü yaxınlığında ölümcül qəza DİN dən xəbərdarlıq + VİDEO

08.06.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 6-sı axşam saatlarında Sabunçu rayonu Heydər Əliyev prospekti, "Sabunçu" körpüsünün qarşısında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Yeni Sabah"a verilən məlumata görə, hərəkətin intensiv olduğu çoxzolaqlı yolu keçməyə çalışan piyadanı minik avtomobili vurub.

Qurumdan əhaliyə xəbərdarlıq edilib: pizza hut

"Piyadalar keçidlərin yaxınlığında, xüsusilə də çoxzolaqlı yolu keçməyə çalışdıqda təəssüflər olsun ki, əksər hallarda nəticəsi bu cür olur. Buna görə də onlar məsuliyyətli və diqqətli olmalı, yolu yalnız keçidlərdən istifadə etməklə keçməlidirlər.  Sürücülər isə sükan arxasında yola diqqət yetirməli, sürət həddinə əməl etməlidirlər".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью