Sabunçu körpüsü yaxınlığında qəza: ölən var

07.01.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda avtomobil təxminən 40-45 yaşlarda kişini vurub.

Axar.az xəbər verir ki, hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü Nail Fuad oğlu Abdullayev idarə etdiyi "Mersedes" markalı avtomobillə Heydər Əliyev prospektində hava limanı istiqamətində hərəkətdə olarkən Sabunçu körpüsünün yaxınlığında ehtiyatsızlıqdan piyadanı vurub.

Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyəti hələlik müəyyən edilməyib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью