Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
20 sentyabr-Neftçilər günü münasibətilə “Yavər Əliyev küçəsi 4” (SOCAR-ın Geologiya və Geofizika İdarəsi) ünvanı üzrə ərazi partiya təşkilatında tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın neft strategiyasının əsası qoyulub, ölkənin enerji potensialından səmərəli istifadə edilməsinə və neft sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoymasına geniş imkanlar yaradılıb. Z. Cəfərov 20 sentyabr-Neftçilər günü münasibətilə peşə sahiblərini təbrik edərək onlara uğurlar arzu edib.
Çıxış edən SOCAR-ın Geologiya və Geofizika İdarəsinin rəis müavini Zaur Axundov qeyd edib ki, geologiya və geofizika sahəsində çalışan mütəxəssislərin fəaliyyəti ölkənin karbohidrogen ehtiyatlarının öyrənilməsi, perspektiv strukturların müəyyənləşdirilməsi, yataqların axtarışı və işlənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə çalışan mütəxəssislərin elmi, texniki və praktiki bilikləri Azərbaycanın neft-qaz sənayesinin davamlı inkişafına mühüm töhfə verir.
Ərazi partiya təşkilatının sədr müavini Heydər Kazımov Azərbaycan neft sənayesinin keçdiyi tarixi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən və geologiya-geofizika sahəsinin ölkənin enerji siyasətindəki rolundan danışıb.
Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü enerji siyasətinin uğurlu nəticələrindən bəhs olunub.
Tədbirin sonunda bir qrup neftçiyə rayon təFəxri fərman və xatirə hədiyyələri təqdim olunub.