Sabunçu rayonunda ödəmə terminalından oğurluq edənlər saxlanılıblar

21.01.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabunçu rayonunda yerləşən marketlərin birində quraşdırılan ödəmə terminalından 13 min manatdan artıq pul və digər əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş H.Ovçiyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью