Sabunçu rayonunda oğurluq edən şəxslər saxlanılıblar

04.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 fevral, AZƏRTAC

Paytaxtın Sabunçu rayonu ərazisində 1260 metr rabitə kabeli naməlum şəraitdə oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı H.Quliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Zabrat qəsəbəsində isə vətəndaşlardan birinin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 63 yaşlı A.Abaşov saxlanılıb.

Onun gecə saatlarında həmin evə daxil olmağa cəhd göstərdiyi, lakin qapını aça bilmədiyi üçün həyətdə olan məişət əşyalarını oğurlamaqla kifayətləndiyi müəyyən olunub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью