Sabunçu rayonunda yanğın oldu, iki nəfər zəhərləndi

06.10.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakının Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisindən 9-cu mərtəbəsinə kimi şaxta boyunca telefon və internet kabeli yanıb.

Globalinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью