Sabunçu rayonunun bir hissəsində işıq olmayacaq

14.05.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə,Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işlərinə görə mayın 14-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsi və dəmir yolu xəttinə yaxın yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью