Sabunçu rayonunun bu ərazilərində dörd saat işıq olmayacaq

01.04.2026

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Globalinfo.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1, 2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью