Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Bakının Sabunçu və Abşeron rayonlarında oğurluq hadisələri törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, Sabunçu rayonu ərazisində baş verən oğurluq hadisələri zamanı zərərçəkənlərə məxsus ümumi dəyəri 5 min manata yaxın olan məişət əşyaları talanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən 29 yaşlı N.Xəlilov saxlanılıb. İnternetdən sifariş
Abşeron rayonunda isə tikiş sexlərindən birindən 15 min manat dəyərində 50 min ədəd kisə oğurlanıb. Keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 45 yaşlı E.Kərimov, 34 yaşlı N.Quliyev və 36 yaşlı S.Qaraşov saxlanılıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.