Sabunçu və Suraxanıda bu gün qaz olmayacaq

20.05.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sabunçu və Suraxanı rayonlarındakı mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə əlaqədər olaraq 20.05.2025–ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonunun Nizami küçəsinom, Ləhiş bağlarının, Maştağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsinin O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev, E.Məmmədov, İ.Əhlimanov, Dənizkənarı, Məktəbli, Bağça, İ.Məmmədov, Ş.Ziyadov, S,Qılmanov küçələri, Zeytun sovxozu, Quşçuluq, Sahil döngələri, Bağlar ərazisindəki istehlakçların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью