Sabunçuda 55 yaşlı qadını avtomobil vurub

23.12.2024

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1969-cu il təvəllüdlü İsmayılova Rəfiqə Yorulmaz qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью