Sabunçuda 6 evdən oğurluq edildi

29.01.2025

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabunçu rayonu ərazisində yerləşən 6 müxtəlif evdən oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 6200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən 27 yaşlı Z.Bağırov və 23 yaşlı T.Abbasov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью