Sabunçuda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb

14.09.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Bəhramzadə Elmur Bəhram oğlu idarə etdiyi "Mercedes E-Class" markalı avtomobillə "Sabunçu bazarı" istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan zaman yolu keçən piyada 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью