Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 27-də saat 15:30 radələrində qeydə alınıb. Belə ki, 197 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “Daewoo” markalı sərnişin avtobusu “Hyundai” markalı avtomobili ilə toqquşub.
İddialara əsasən, qəzaya manevr qaydalarının pozulması səbəb olub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq yaşıllıq sahəyə düşüb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Nərmin