Sabunçuda avtomobil qaçıran şəxs saxlanıldı

06.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ 13-cü Polis Şöbəsinə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş T.Mirələmov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью