Sabunçuda avtomobil yolu keçən piyadanı vurub

05.01.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Hüseyn Talıbovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью