Sabunçuda avtomobildən 78 min manat oğurlanıb

02.09.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

Paytaxtın Sabunçu rayonu ərazisində avtomobildən 78 min manata yaxın pul vəsaiti oğurlanıb.

APA DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Nəzərov saxlanılıb.

Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə evlərin birindən elektrik naqilləri və 730 manat dəyərində su nasosu oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı K.Qasımov da müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью