Sabunçuda da qaz olmayacaq

22.04.2025

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 23.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Sabunçu rayonu üzrə S.Cabbarov, H. Cavid, İnşaatçılar, T. Mustafayev, Hacinski,  Anapli, Dostayevski, M.Maqamayev, Arasli, Q.Qarayev, N. İsmayılov, Ş.Kamilov, A. Pəri, Novruz, Axundzadə, Bakıxanov küçələri ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xatırladaq ki, daha öncə bildirilib ki, Sumqayıt şəhərində 7 min 500 abonentə qazın verilişində fasilə yaranacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью