Sabunçuda ər arvadın evdə meyitləri tapıldı

08.07.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda mənzildən kişi və həyat yoldaşının meyitləri tapılıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 3 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

İlkin ehtimala görə, qəsəbə sakini 1985-ci il təvəllüdlü Coşqun Nurəddin oğlu Bağırov yaşadığı evdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. O, daha sonra özünü də öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью