Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb

28.10.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxtın Sabunçu rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

DİN-dən APA-ya verilən xəbərə görə, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən 40 yaşlı Ə.Məmmədova müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Araşdırma davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью