Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlanıb

11.06.2026

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar.

APA DİN-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar. Araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью