Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Paytaxtda müşahidə olunan güclü yağışlar səbəbindən Sabunçu rayonu ərazisində nəqliyyatın hərəkətində məhdudiyyət tətbiq edilib.
Oxu.Az-ın məlumatına görə, rayonun Asəf Əsədullayev küçəsində yerləşən tunel təhlükəsizlik məqsədilə hərəkət üçün tam bağlanıb.
Xatırladaq ki, 2024-cü ilin oktyabr ayında yağan şiddətli yağışlar zamanı həmin tunelə su dolması nəticəsində iki nəfər boğularaq həyatını itirmişdi.