Sabunçuda işıq fasilələrlə veriləcək

03.12.2024

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar dekabrın 3-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən bildirilib, bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Sabunçu qəsəbəsinin bir sıra küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – deyə “Azərişıq” ASC-nin yaydığı məlumatda bildirilir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью