Sabunçuda kafedə yanğın OLDU | Icma.az
Unikal.az saytına istinadən Icma.az xəbər verir. Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, rayonda ümumi sahəsi 70 m² olan birmərtəbəli kafenin dam örtüyünün taxta atmaları və lambirdən ibarət tavanı 60 m² sahədə yanıb.
Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu