Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib

07.10.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Sabunçuda oğurluq edən və motosiklet qaçıran üç şəxs saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonunda oğurluq hadisəsi qeydə alınıb. Rayon ərazisində yerləşən lombardların birindən 7500 manat pul və 14500 manat dəyərində qızıl-zinət əşyaları talanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin lombardda çalışan A.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən iki şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью