Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yol-nəqliyyat hadisələri təkcə ölüm və xəsarətlə, maddi zərərlə nəticələnmir, həm də digər yol hərəkəti iştirakçılarını yollarda təhlükə ilə üz-üzə qalmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, ötən gün axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi yaşayış massivinə giriş hissədə baş verən qəza nəticəsində nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sıradan çıxan svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.