Sabunçuda “Mercedes” qaçıran şəxs saxlanılıb

02.11.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 28-də Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil qaçırılıb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb. Araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью