Sabunçuda motosikletlə qəza törədən sürücünün ayağı sındı VİDEO

07.04.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza aprelin 6-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 12-B-659 dövlət nömrə nişanlı “Tufan S150” markalı motosiklet qəzaya uğrayıb. İddialara əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib, sürücünün ayağı sınıb. 

Qeyd edək ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub, yaralı xəstəxanaya yerləşdirilib. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью