Sabunçuda obyektdən 4 min manatlıq noutbuk oğurlanıb

10.07.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən obyektlərdən birindən 1800 manat nağd pul və 4160 manat dəyərində noutbuk oğurlanıb.

APA xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 23 yaşlı Fərid İdrisov saxlanılıb.

Araşdırmalar zamanı onun Sabunçu rayonu və paytaxtın digər ərazilərində də analoji oğurluq əməlləri törətdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью