Sabunçuda pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər saxlanılıb AZƏRTAC

29.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 dekabr, AZƏRTAC

Paytaxtın Sabunçu rayonunda son iki gün ərzində keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan 8 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışı ilə məşğul olan şəxslərə qarşı tədbirlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью