Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl

12.10.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

Milli.Az APA-ya istinadən bildirir ki, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub.

Direktorun məlumatına əsasən, son 1 ay ərzində Mədinə Nəbiyeva üçün məktəbə 3-4 dəfə təcili yardım çağırılıb.

Uşağın rəfiqəsi ilə bölüşdüyü məlumata əsasən, sentyabrın 10-15-i arası ona əmisi tərəfindən zorakılığa cəhd olunduğunu bildirib.

Mədinə Nəbiyeva hazırda Sabunçu Tibb Mərkəzindədir və vəziyyəti orta ağırdır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью