Sabunçuda qanunsuz ağac kəsintisi faktı aşkar edilib

25.02.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib. Bu barədə SİA-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью